Ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb
2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 221,8 milyon manat və ya 5,1 faiz artım qeydə alınıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 283,1 milyon manat və ya 20,3 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 453,2 milyon manat və ya 18,5 faiz artım müşahidə olunub.