Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu hüquq istiqaməti üzrə müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, işə qəbul üçün hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış və norma yaratma sahəsində 1 il iş təcrübəsinə malik olan şəxslər müraciət edə bilərlər.
Namizədlərdən özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Hüquqşünas" yazaraq 2023-cü il martın 1-dək
[email protected] ünvanına göndərmək xahiş olunur.