Ötən ilin dekabrında 12,5 mindən çox şəxsə sosial ödənişlər elektron qaydada təyin olunub
Ötən ilin dekabr ayında 12,5 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı həyata keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 1,1 min nəfərdən çox şəxsə pensiya, 11,4 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd təyin olunub.