Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri üzrə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, işə qəbul üçün Bakıda yaşayan, müvafiq sahədə 2 il iş təcrübəsinə malik olan, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, bitki mühafizəsi, baytarlıq və zootexniklik ixtisasları üzrə təhsil almış şəxslər müraciət edə bilərlər.
Namizədlərdən özləri barədə məlumatlara dair anket formasını (CV) 2023-cü il fevralın 10-dək
[email protected] elektron poçt ünvanına göndərmək xahiş olunur.