Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat ödənilib
Cəmiyyət / 21-01-2023, 18:35

Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat ödənilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 478 min nəfər sosial müavinətlə, 368 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 milyon manat ödənilib.

Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 429 min, o cümlədən ötən il 208 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.