Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Son üç ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb
Cəmiyyət / 19-01-2023, 15:56

Son üç ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə 2022-ci ildə 212,6 min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2020-ci ilin yanvar ayında istifadəyə verilən həmin e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlı əmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir.

Ötən dövrdə həmin e-xidmət vasitəsilə 600 minə yaxın şəxsə sosial sığorta nömrəsi verilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb.

Bununla da onların sosial sığorta sistemində iştirakı təmin edilərək fərdi şəxsi hesablarında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamalarına şərait yaradılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.