Ötən ilin on bir ayı ərzində Azərbaycanda 113 minə yaxın körpə doğulub
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 112 min 758 körpə doğulub. Həmin göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 11.1-dən 12.2-yə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.8, qızların xüsusi çəkisi isə 47.2 faiz təşkil edib. Körpələrdən 3 min 154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm doğulub.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Keçən ilin on bir ayında ölkədə 55 min 681 ölüm halı qeydə alınıb və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.6-dan 6-ya enib.