İstehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Miral” Məhdud Məsuliyyətli Cəmiyyətin ölkəyə idxal etdiyi, Pakistan İslam Respublikasında fəaliyyət göstərən “Salbion Health Sciences Pvt Ltd” şirkətinin istehsalı olan ümumi miqdarı 3 min ədəd təşkil edən “Sele Forte kapsul №30” adlı bioloji aktiv qida məhsullarından nümunələr götürülüb.
Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların, o cümlədən kadmium miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və istehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır