Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Sahil Babayev: Dövlət pensiya sistemi kifayət qədər dinamik inkişaf edən bir sistemə çevrilib
Cəmiyyət / 17-01-2023, 14:26

Sahil Babayev: Dövlət pensiya sistemi kifayət qədər dinamik inkişaf edən bir sistemə çevrilib

Yaşa görə pensiyaların 80 faizinin proaktiv qaydada elektron təyinatı aparılır. Hazırda ailə başçısını itirməyə görə, əlililiyi olan şəxslərin pensiyası, xüsusi şərtlərlə pensiya alan vətəndaşlarla da bağlı elektronlaşma tədbirləri sürətləndirilir. Yaxın günlərdə buna da nail olacağıq.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2" Aİ tvininq layihəsinin açılış mərasimində deyib.

"Digər tərəfdən pensiya sisteminin maliyyə müstəqilliyinin əldə edilməsi sahəsində çox böyük irəliləyiş əldə edilib. Əgər 2017-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin təqribən 39 faizi dövlət büdcəsinin transferindən asılı idisə, hazırda həmin rəqəm 20 faizdən aşağıdır. Yəni bu gün dövlət pensiya sistemi kifayət qədər dinamik inkişaf edən bir sistemə çevrilib", - deyə nazir bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.