Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Vəhşi heyvanlarda quduzluq xəstəliyi və peyvəndləmə ilə bağlı maarifləndirici materiallar hazırlanıb
Cəmiyyət / 16-01-2023, 18:18

Vəhşi heyvanlarda quduzluq xəstəliyi və peyvəndləmə ilə bağlı maarifləndirici materiallar hazırlanıb

Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Agentlik bu məqsədlə vəhşi heyvanlarda quduzluq xəstəliyi və peyvəndləmə mövzusunda maarifləndirici materiallar hazırlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, materialda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları əhalinin diqqətinə çatdırılır. Qeyd olunur ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunması və insanların təhlükəsizliyinə xidmət edir.

Qeyd edək ki, peyvəndləmə bu ilin yanvar ayında ölkəmizdə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə aparılacaq. Aldadıcı yemi paylayacaq marşrut müəyyənləşdirilərək müvafiq xəritə tərtib edilib. Marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla təqribən 600 kilometr məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketinin paylanması nəzərdə tutulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.