Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Gəncədə ərzaq mağazasında nöqsanlar aşkar edilib
Cəmiyyət / 8-01-2023, 20:40

Gəncədə ərzaq mağazasında nöqsanlar aşkar edilib

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində “Promart” MMC-yə məxsus “Bolmart” mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, unlu qənnadı məmulatlarının qablaşdırılmasında etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı mağazanın hüquqi nümayəndəsi barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və icrası məcburi göstərişlər verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.