Vətən müharibəsi şəhidi Həmzə Əliyevin ailəsi ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov və nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, mərkəzin əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi Həmzə Əliyevin ailəsini ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özü də zabit kimi Vətən müharibəsində iştirak etmiş Firudin Cəbrayılov müharibədə onunla döyüş yoldaşı olmuş şəhid Həmzə Əliyevin şücaətindən bəhs edib. Şəhidlərimizin xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.
Şəhid ailələrinə göstərilən sosial dəstək tədbirləri, eləcə də onların məşğulluğuna dəstək göstərilməsi işləri diqqətə çatdırılıb.
Quba rayonunun Aşağı Atuc kəndində yaşayan şəhid ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.