Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev yanvarın 13-də Şəmkir rayonunda sakinləri qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar dekabrın 30-dan yanvarın 10-a qədər nazirliyə rəsmi şəkildə (
[email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılan şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.