Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » 2025-ci ilin sonunadək ölkədə 17 regional DOST Mərkəzi istifadəyə veriləcək
Cəmiyyət / 5-01-2023, 23:34

2025-ci ilin sonunadək ölkədə 17 regional DOST Mərkəzi istifadəyə veriləcək

2025-ci ilin sonunadək ölkədə 17 regional DOST Mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2022-ci ilin yekunları ilə bağlı hesabat konfransında deyib.

F.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən 5 saylı Bakı DOST Mərkəzi ilə paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub. Həmçinin işğaldan azad edilən ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Cari ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Həmçinin Gəncə, Sumqayıt, Quba, Sabirabad, Masallı, Şəki, Şamaxı, Ucar, Naxçıvan, Bərdə, Cəbrayıl və Şuşada DOST mərkəzlərinin açılması nəzərdə tutulub. Həmçinin azad edilmiş ərazilərdə "SMART DOST" məntəqələri təşkil olunacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.