Dəmir yumruq » Manşet » Rəsmi Bakı Pakistana başsağlığı verib
Manşet / Siyasət / Bugün, 12:18

Rəsmi Bakı Pakistana başsağlığı verib

 

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda kömür mədənində baş verən hadisə ilə bağlı başsağlığı verib.
 
Demiryumruq.az xəbər verir ki, XİN bu barədə “X” hesabında paylaşım edib.
 
“Pakistanın Bəlucistan əyalətində kömür mədənində bir çox insanın ölümünə və xəsarət almasına səbəb olan dəhşətli qəza ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, həmçinin qardaş Pakistan xalqına və hökumətinə səmimi başsağlığımızı çatdırırıq.
 
Yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş bütün şəxslərin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, - məlumatda qeyd olunub.
 
Qeyd edək ki, iyulun 31-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində 34 nəfər həlak olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.