Son beş il ərzində 400-dən çox gözdən əlilliyi olan şəxslərin ailələri mənzillə təmin edilib. Bakı I saylı Tibb Kollecini bitirən görmə məhdudiyyəti olan masajçılar dövlət və özəl tibbi müəssisələrinə işlə təmin olunublar. Dillər Universitetində Korr
Prezident İlham Əliyevin tapşırığına əsasən son illər sosial sahədə aparılan islahatlar pensiyaçıların sosial müdafiəsi, pensiya təminatına əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artırılması sahəsində mühüm addımların atılmasına imkan verib. Həmin sahədə növbəti addım kimi, Nazirlər Kabinetinin yeni Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əlavələr edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib və həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.
Onların sırasına metropoliten və dəmir yolları sahəsində xidmətlərin göstərilməsi, dəmir-filiz ehtiyatlarının hasilatı və emalı, tikinti, quraşdırma, təmiri və s. sahələrinə aid vəzifə və peşələr daxildir.
Qeyd edək ki, bundan əvvəl bu ilin iyun ayında da “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib.