Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » AQTA və UNICEF nümayəndələri əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Cəmiyyət / 29-12-2022, 06:33

AQTA və UNICEF nümayəndələri əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, qidalanma metodologiyasının müəyyənləşdirilməsi, uşaq evlərində yeməkxanalara dair təlimatlandırıcı sənədlərin, eləcə də qida sahəsində bir sıra normativ aktların hazırlanmasında birgə əməkdaşlıq və pilot layihələrin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində yoxlamalar və müvafiq dövlət nəzarəti tədbirləri həyata keçirilir. Həmin yoxlamalar, eyni zamanda, qida sahəsində istehlakçıların, o cümlədən uşaqların hüquqlarının müdafiəsini də təmin edir. Həmçinin qeyd olunub ki, həyata keçirilən birgə tədbirlər zamanı qida təhlükəsizliyi sahəsində əhalinin, xüsusən böyüməkdə olan nəslin maarifləndirilməsi və ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi qarşıya qoyulan vəzifələrdəndir.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Uilliam Abi Abdallah əməkdaşlığı yüksək qiymətləndirərək birgə fəaliyyətin qarşıdakı illərdə də müsbət nəticələr verəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.