Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 58 müəssisədə nöqsanlar aşkarlanıb
Cəmiyyət / 23-12-2022, 14:22

Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 58 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 12-dən 16-dək respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 75 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 58 müəssisədə nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib.

Nöqsanlar aşkar edilən sahibkarlıq subyektlərinin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3721 linkində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.