Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Ölkəmizə gətirilmiş 30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu başa çatıb
Cəmiyyət / 16-12-2022, 06:51

Ölkəmizə gətirilmiş 30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu başa çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 15 gün ərzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunublar.

DTSERA-nın İdarə Heyətinin sədr müavini Ramin Rzayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi Yevgeni Osadçiy və səfirin xanımı Lyudmila Qrebeniçenkonun həmin uşaq və gənclərlə görüşü olub. Qeyd olunub ki, mərkəzdə ukraynalı uşaq və gənclərin tibbi və sosial-psixoloji reabilitasiyası işləri aparılıb. Emosional vəziyyətlərinin stabilləşməsi məqsədilə peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları və yoqa məşqləri keçirilib. Eyni zamanda, onların regionun tarixi və görməli yerlərinə ekskursiyaları təşkil olunub.

Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi ukraynalı uşaq və gənclərə göstərilən qayğıya görə təşəkkürünü bildirib.

Ukraynalı uşaq və gənclərə hədiyyələrin təqdim olunduğu görüş konsert proqramı, uşaqların mahnı və rəqs ifaları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.