Qida sahəsində fəaliyyət göstərən 71 müəssisədə nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 9-dan 12-dək respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 71 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 48, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 20, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 14, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 43, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması ilə bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3674 linki vasitəsilə məlumat almaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin