Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » “Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib
Cəmiyyət / 12-12-2022, 15:25

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib

Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 27-də imzaladığı Fərmanla yaradılmış “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi olanlara dair məlumatlar daxil edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin altsistemə 230 mindən çox şəxsə dair məlumatlar daxil olunub.

“Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb.

Qırx dörd günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə təqaüd təyinatının aparılmasında da “Zəfər” altsistemi mühüm rol oynadı.

Aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-sistem üzərindən onlara proaktiv qaydada təqaüd təyinatları aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.