Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Dekabrın 2-də Azərbaycanda COVID-19 əleyhinə 515 doza vaksin vurulub
Cəmiyyət / 3-12-2022, 02:53

Dekabrın 2-də Azərbaycanda COVID-19 əleyhinə 515 doza vaksin vurulub

Dekabrın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 515 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 115, ikinci doza vaksinlərin sayı 255, üç və daha çox doza vaksinlərin sayı 123, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 923 min 277, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 050, ikinci mərhələ üzrə 4 milyon 874 min 300, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 391 min 919, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 8-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.