Dəmir yumruq » Cəmiyyət » Zəfər Günü bulvarda konsert olacaq
Cəmiyyət / Bugün, 17:55

Zəfər Günü bulvarda konsert olacaq

 

Noyabrın 8-də Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək.
 
Demiryumruq.az xəbər verir ki, ​Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert Bakıda Dənizkənarı Milli Parkda, Saat gülləsinin yanında olacaq.
 
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.
 
Gecəyə atəşfəşanlıqla yekun vurulacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.