Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA
Cəmiyyət / 7-09-2026, 14:40

Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA


  

Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb.

Demiryumruq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalan, Gəncədə 28, Goranboyda 27, Mingəçevir, Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər, Şəmkirdə 16, Zaqatala, Balakən, Şəkidə 15 m/s-yə çatır.

Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.