Dəmir yumruq » Cəmiyyət » Bakının köhnə binaları təmir olunacaq - 25 milyon ayrıldı
Cəmiyyət / 10-02-2026, 17:41

Bakının köhnə binaları təmir olunacaq - 25 milyon ayrıldı

 

Paytaxtın yaşayış binalarının infrastrukturunun yenilənməsi məqsədilə genişmiqyaslı təmir işlərinə start verilir.
 
Demiryumruq.az xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilən yeni tender layihəsi Bakının beş böyük rayonunu əhatə edəcək.
 
Layihə çərçivəsində Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində yerləşən, dövlət mənzil fonduna aid olan binaların cari və əsaslı təmiri nəzərdə tutulur.
 
Müsabiqə üzrə görüləcək işlərin ehtimal olunan ümumi qiyməti 25 milyon 110 min 711 manat təşkil edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.