Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət
Cəmiyyət / 10-02-2026, 08:44

DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət

 

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.
 
"Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər", - müraciətdə bildirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.