Dəmir yumruq » Cəmiyyət » "Donor olmaq istəyən deputatlar var”
Cəmiyyət / Bugün, 11:32

"Donor olmaq istəyən deputatlar var”

 

"Ötən il Qafqazda və Azərbaycanda ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb. Bunların arasında Milli Məclisin deputatları da var”.
 
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda tədbirdə bildirib.
 
“Həm Kamran Musayevin rəhbərlik etdiyi komanda, həm də meyitdən orqan götürən komanda öz işində çox peşəkardır. Bizim hər birimiz gərək insanların donor olmasının təbliğatçısına çevrilək”, - Ə.Əmiraslanov bildirib.
 
Komitə sədri əlavə edib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur, əsas isə məsələ donorun tapılmasıdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.