Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salındı
Cəmiyyət / 30-01-2026, 10:25

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salındı

 

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.
 
Demiryumruq.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.
 
Bununla da ümumilikdə Xanyurdu kəndində 129 ailə (455 nəfər), Təzəbinə kəndinə isə 147 ailə (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailə, (2718 nəfər) daimi qayıdışı təmin edilib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.