Dəmir yumruq » Cəmiyyət » Sabah temperatur yüksələcək
Cəmiyyət / Bugün, 16:55

Sabah temperatur yüksələcək

 

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Bu  barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
 
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.