Dəmir yumruq » Cəmiyyət » Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...
Cəmiyyət / Bugün, 16:43

Özü 20 min, sıravi əməkdaşları isə 500-600 manat maaş...

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin ayda 19 min 500 manat maaş alması barədə məlumatlar birmənalı qarşılanmayıb.
 
Demiryumruq.az xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı məlum ki, Anar Rzayevin AYNA-dakı rəhbərliklə sıravi işçi arasında yaratdığı maaş fərqi 20 dəfədən çoxdur.
 
Belə ki, Anar Rzayevin müavinləri 10-15 min, şöbə rəhbərləri 7-10 min manat maaş aldığı halda, paytaxt küçələrindəki parkinlərdə saatlarla ayaqüstü xidmət keçən işçilər 500-600 manata çalışır.
 
Adının çəkilməsini istəməyən AYNA əməkdaşlarından biri deyir ki, hava şəraitinin kəskin keçdiyi ötən həftə ərzində paytaxt küçələrində çalışan onlarla işçi xəstələnib. Qarlı hava şəraitində xidmət keçən parkinq əməkdaşları üçün gözətçi məntəqələrini qurmaq təşəbbüsləri də dəstəklənməyib.
 
İsti kabinetdə əyləşib 20 min manat maaş alan Anar Rzayev çovğunlu Bakı küçələrində saatlarla ayaqüstə xidmət keçən sıravi işçilərinə 500 manat maaş yazması dözülməz ədalətsizlikdir.
 
AYNA-nın mətbuat katibi Tural Orucov məsələ ilə bağlı sualdan yayınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.