Dəmir yumruq » Cəmiyyət » Kürdəmirdə magistral su kəməri partladı
Cəmiyyət / Bugün, 09:14

Kürdəmirdə magistral su kəməri partladı

 

Kürdəmirdə magistral su kəməri partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Demiryumruq.az xəbər verir ki, hadisə rayonun Qaraqocalı kəndi ərazisində, Külüllü-Kürdımir magistral su xəttinin 31-ci km-də qeydə alınıb.

Qəza diametri 55 mm olan borunun partlaması nəticəsində baş verib. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmaları baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.