Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » 34 nəfər Azərbaycan vətəndaşı Almaniyadan vətənə ekstradisiya edildi
Cəmiyyət / Bugün, 08:07

34 nəfər Azərbaycan vətəndaşı Almaniyadan vətənə ekstradisiya edildi

 

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 34 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Modern.az-a Miqrasiya Xidmətindən məlumat verilib.

"Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir", - məlumatda qeyd olunub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.