Dəmir yumruq » Cəmiyyət » Leysan və qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət / Bugün, 08:30

Leysan və qar yağıb - FAKTİKİ HAVA

 

Dekabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
 
Bu barədə Demiryumruq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, dekabrın 11-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Dağlıq ərazilərdə qar yağıb.
 
Yağan qarın hündürlüyü Şahdağda 5, Qrız və Xınalıqda 4 sm-dir.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 35, Qobustanda 29, Şirvanda 22, Neftçalada 17, Sabirabadda 15, Şamaxıda 13, Cəlilabad, Biləsuvarda 11, Şabran, Lənkəranda 9, Altıağac, Astarada 7, Şahbuz, Xaçmaz, İmişli, Kürdəmirdə 6, Lerikdə 5, İsmayıllı, Ordubad, Xaltan, Qəbələdə 4, Cəbrayıl, Şəki, Yardımlıda 3, Ağstafa, Culfa, Quba, Göyçay, Zərdabda 2, Daşkəsən, Mingəçevir, Gəncə, Naxçıvan, Sədərək, Tovuz, Qax, Yevlax, Tərtər, Qusar, Beyləqan, Oğuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.
 
Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Göyçay, Lerik, Qobustan, Yevlax, Kürdəmir, Zərdab, Sabirabadda duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.