Dəmir yumruq » Cəmiyyət » Gəncə İcra Hakimiyyəti itləri zəhərləyib? - AÇIQLAMA
Cəmiyyət / Bugün, 10:45

Gəncə İcra Hakimiyyəti itləri zəhərləyib? - AÇIQLAMA

 

Gəncədə İcra Hakimiyyətinin işçiləri tərəfindən itlərin kütləvi şəkildə zəhərləndirildiyi barədə iddialar yayılıb.
Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
Şikayətçinin sözlərinə görə, Gəncə şəhərinin "Komsomol" adlanan ərazisində sahibsiz itlər kütləvi şəkildə zəhərlənib:
“Heyvanlar yağışın altında can çəkişir. Balaları anasının can verməsini seyr edir. Bu hansı vicdana, insanlığa sığır?”, - deyə şikayətçi bildirib.
Görüntülərlə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Gəncə şəhəri ərazisində sahibsiz küçə heyvanlarının icra hakimiyyəti və tabeli qurumları tərəfindən zəhərlənməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Məsələnin araşdırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib”.
Lalə Novruz

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.