Dəmir yumruq » Cəmiyyət » Lökbatan xəstəxanası Narkoloji Mərkəzə çevrilir – 755 minlik müqavilə imzalandı
Cəmiyyət / Bugün, 07:25

Lökbatan xəstəxanası Narkoloji Mərkəzə çevrilir – 755 minlik müqavilə imzalandı

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tabeliyində olan tibb müəssisələrinin yenidən qurulması ilə bağlı satınalma müqaviləsi imzalanıb.

Demiryumruq.az xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən yarımçıq xəstəxana binasının profilinin dəyişdirilərək 123 çarpayılıq Narkoloji Mərkəz kimi istifadəyə verilməsi (1-ci mərhələ) çərçivəsində əsaslı təmir işləri həyata keçiriləcək.

Bu istiqamətdə qurum “PRO Construction Company” MMC ilə 754.795,77 AZN məbləğində müqavilə bağlayıb. (Mənbə: banker.az)


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.