Dəmir yumruq » Cəmiyyət » Noyabrın bütün sosial ödənişləri yekunlaşdı
Cəmiyyət / Bugün, 08:08

Noyabrın bütün sosial ödənişləri yekunlaşdı

 

Bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Bu barədə Demiryumruq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Qeyd edək ki, noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları, noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları ödənilmişdi.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.