Dəmir yumruq » Cəmiyyət » Sürücülərə radarlarla bağlı XƏBƏRDARLIQ
Cəmiyyət / Bugün, 09:08

Sürücülərə radarlarla bağlı XƏBƏRDARLIQ

 

Daxili İşlər Nazirliyi sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Bu barədə Demiryumruq.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritet istiqamətlərindəndir:
"Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır.
Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.