Dəmir yumruq » Cəmiyyət » Əsgər getməyə hazırlaşanların nəzərinə! - Yenilik var
Cəmiyyət / Bugün, 09:00

Əsgər getməyə hazırlaşanların nəzərinə! - Yenilik var

 

Artıq vətəndaşlar hərbi xidmətlə bağlı məlumat və bildirişləri "myGov" platforması üzərindən onlayn əldə edə bilərlər.

Demiryumruq.az xəbər verir ki, bu imkan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə layihəsi nəticəsində yaradılıb.

Məlumata görə, "myGov" üzərindən vətəndaşlar ilkin hərbi qeydiyyat, hərbi həkim komissiyasının qərarları, möhlət hüququ, çağırışdan azadolma, hərbi xidmət haqqında məlumatlar və digər bildirişlərlə tanış ola bilirlər.

İstifadəçilər bu məlumatları "myGov" veb portalı və ya mobil tətbiq vasitəsilə şəxsi kabinetlərindən baxa, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilirlər.

Qurumdan bildirilib ki, bu addım vətəndaş məmnunluğunun artırılmasına, proseslərin şəffaflığının təmininə və Silahlı Qüvvələrin sağlam çağırışçılarla komplektləşdirilməsinin səmərəliliyinə xidmət edir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.