Dəmir yumruq » Cəmiyyət » Xəstəxananın baş həkimi işdən çıxarıldı
Cəmiyyət / Bugün, 12:56

Xəstəxananın baş həkimi işdən çıxarıldı

Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad edilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin direktorun müavini-baş həkim İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 7 oktyabr tarixindən tutduğu vəzifədən azad edilib: “Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib”.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.