Gəncədə gənc dərmandan zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini, 1997-ci il təvəllüdlü Sahib Məmmədzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, sevgilisi ilə ayrıldıqdan sonra Sahib kənd təsərrüfatı təyinatlı dərman içib.