Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Su kanalında batan Vətən müharibəsi iştirakçısının meyiti tapılıb
Cəmiyyət / 26-07-2023, 08:59

Su kanalında batan Vətən müharibəsi iştirakçısının meyiti tapılıb

 

Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.

APA xəbər verir ki, ötən gecə 2003-cü il təvəllüdlü Kamran Müzəffər oğlu Eyvazovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara başlayıb və gecə saatlarında boğulmuş şəxsin meyitini çıxarıb.

Qeyd edək ki, kanalda batan şəxs Vətən müharibəsi iştirakçısı olub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.