Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Qısqanc kişi arvadına uşağının gözləri qarşısında 14 bıçaq zərbəsi vurubmuş
Cəmiyyət / 7-07-2023, 09:24

Qısqanc kişi arvadına uşağının gözləri qarşısında 14 bıçaq zərbəsi vurubmuş

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Şirvanda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Kəmaləddin Qənbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd edək ki, 2022-ci il iyulun 29-u saat 01 radələrində Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun və baldızının gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İttihama görə, Kəmaləddin Qənbərov arvadını qonşusu və ayrı-ayrı kişilər ilə əlaqəsinin olmasından şübhələnib, qadının ona qarşı ər-arvad münasibətləri göstərməməsi nəticəsinə gələrək Camalə Qənbərovanın bədəninin müxtəlif nahiyələrinə 14 bıçaq zərbəsi endirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.