Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Dövlət Sosial Müdafiə Fondu Londonda “Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” mükafatına layiq görülüb
Cəmiyyət / 3-03-2023, 21:18

Dövlət Sosial Müdafiə Fondu Londonda “Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq mükafatla təltif edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fond mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gələrək “Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” mükafatına layiq görülüb.

Mükafatla yanaşı, dövlət xidmətlərinin göstərilməsi sahəsində mütərəqqi innovativ həll üsullarını ehtiva edən uğurlu müsabiqə işinə görə fonda beynəlxalq təşkilat tərəfindən aprel ayında təşkil ediləcək və xarici iştirakçıların qatılacağı tədbirdə təqdimatla çıxış etmək imkanı yaradılıb.

Qeyd edək ki, ötən il də DSMF “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.