Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Son iki ayda DSMF-nin xərcləri 13 faiz artıb
Cəmiyyət / 2-03-2023, 21:24

Son iki ayda DSMF-nin xərcləri 13 faiz artıb

Sosial sığorta daxilolmaları proqnoza nisbətən 11 faiz və ya 76 milyon manat artıb

Bakı, 13 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin iki ayında proqnozla müqayisədə 8,2 faiz və ya 75,1 milyon manat çox olmaqla 993,5 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Həmin daxilolmalar yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 milyon manat artaraq 747,3 milyon manat olub.

Son iki ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 114 milyon manat artaraq 993 milyon manata çatıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.