Bu ilin iki ayında ƏƏSMN-in e-xidmətlərinə 838,4 min müraciət qeydə alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərinə 2023-cü ilin iki ayı ərzində 838,4 min müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə nazirliyin fəaliyyət sahələri üzrə 86,1 min e-arayış verilib, 7,1 min pensiya, 10,8 min müavinət, təqaüd və 264 birdəfəlik ödəmə təyinatı e-sistem üzərindən, proaktiv qaydada aparılıb.
Yanvar-fevral aylarında e-qaydada 62 min fərdi şəxsi hesab da açılıb.