Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri müzakirə olunub
Cəmiyyət / 27-02-2023, 01:53

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri müzakirə olunub

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında yaradılmış Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi, iqtisadiyyat, ədliyyə, maliyyə, fövqəladə hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ölkəmizdə son illər aparılan işləri və əldə olunan müsbət nəticələri qeyd edib. O, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının bu il fevralın 22-də keçirilmiş iclasında verilmiş tapşırığa uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi və bu sahədə qarşıda duran vəzifələrlə əlaqədar məsələləri diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin nümayəndəsi qeyri-formal əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı Analitik Monitorinq sistemi vasitəsilə təhlillərin aparılması istiqamətində təqdimat edib.

İclasda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri, hazırlanmış yeni layihələr müzakirə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.