Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Latviya və Polşadan olan mütəxəssislərlə əməyin mühafizəsi sahəsində onlayn müzakirə aparılıb
Cəmiyyət / 23-02-2023, 21:43

Latviya və Polşadan olan mütəxəssislərlə əməyin mühafizəsi sahəsində onlayn müzakirə aparılıb

Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə fevralın 20-24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə Latviya və Polşadan olan mütəxəssislərin onlayn ekspert müzakirəsi aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirə əməyin mühafizəsi və təhlükəsizliyi, bu sahədə standartların hazırlanması, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi, işçilərin bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası mövzularında olub.

Latviya Respublikasının Əməyin Mühafizəsi və Ətraf Mühitin Sağlamlığı İnstitutunun direktoru Ivars Vanadziņs və Polşa Respublikasının Əməyin Mühafizəsi üzrə Mərkəzi İnstitutun baş elmi işçisi xanım Małgorzata Pęciłło müvafiq mövzuda Avropa təcrübəsini bölüşüblər.

Mövzu ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.