AAYDA müraciətlərə baxılması və problemlərin həllində fəallığa görə təltif edilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olduğu üçün təltif edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təltifetmə Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük (2022-ci il dekabr – 2023-cü il fevral) yekunlarına dair keçirilən dəyirmi masasında baş tutub.
2021-ci ildə fəaliyyətə başlayan layihə nəticəsində müxtəlif problemlərlə bağlı ictimaiyyətin müraciətləri toplanaraq müvafiq dövlət orqanlarına yönəldilir.