Dəmir yumruq » Cəmiyyət » Azərbaycanda bitki sağlamlığı sahəsində görülən işləri beynəlxalq ekspertlər yüksək dəyərləndirib
Cəmiyyət / 22-02-2023, 21:28

Azərbaycanda bitki sağlamlığı sahəsində görülən işləri beynəlxalq ekspertlər yüksək dəyərləndirib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın nümayəndə heyəti arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizin “Elektron fitosanitar sertifikat” (E-fito) sisteminə qoşulması üzrə atılan addımlar və ümumilikdə ölkəmizdə son dövrlər qida təhlükəsizliyi və bitki sağlamlığı sahəsində görülən işlər Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib.

Görüş zamanı sistemlərin inteqrasiyası zamanı həyata keçirilməsi zəruri olan tədbirlər və keçilməli olan mərhələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.