Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » İnsan alveri qurbanlarına sosial-reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət / 21-02-2023, 20:11

İnsan alveri qurbanlarına sosial-reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 52-si insan alveri qurbanı, 32-si potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olan 84 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin kateqoriyadan olan şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilir və həyata keçirilir.

Onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi sahəsində işlər aparılır.

Hazırda 8 nəfəri insan alveri qurbanı, 2 nəfəri isə potensial insan alveri qurbanı olan 10 zərərçəkmiş şəxsə göstərilən xidmətlər davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.